Logo

DGKA tələbələri beynəlxalq onlayn kursda iştiraka dəvət olunurlar

06.08.2021 20:15 1847 baxış
IMG

Çin Xalq Respublikasının Baş Gömrük Administrasiyasının tədris qurumu, Ümumdünya Gömrük Təşkilatının Asiya-Sakit Okean region ölkələrində Regional Təlim Mərkəzi olan Şanxay Gömrük Kolleci (ŞGH) Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyası (DGKA) ilə qurulan əməkdaşlıq çərçivəsində DGKA tələbələrini Rusiya Federasiyası Prezidenti yanında Rusiya Milli İqtisadiyyat və Dövlət İdarəçiliyi Akademiyasının (RANEPA) Şimal-Qərb İdarəetmə İnstitutu (NWIM) ilə birgə təşkil etdiyi üç aylıq beynəlxalq onlayn kursda və mübadilə proqramında iştiraka dəvət edir.

Beynəlxalq onlayn kurs gömrük işi sahəsində təşkil edilən mübadilə proqramıdır. Proqrama 5 kurs (5 icbari kurs, 3 seçmə kurs) daxildir:

Ümumi fənlər (icbaridir):
- Mədəniyyətlərarası biznes ünsiyyəti
- Çin dilində elementar danışıq
Əsas fənlər (icbaridir):
- Tarif texnologiyaları
- Çinin gömrük idarəetməsi
- Beynəlxalq gömrük idarəetməsi
Seçmə fənlər (hər tələbə yalnız 1 fənn seçə bilər):
- İqtisadiyyatın prinsipləri
- Sərhədlərarası elekton ticarət hüququ
- Müasir logistika

Proqramda təkcə beş (5) DGKA tələbəsi iştirak üçün seçiləcək. Müraciət etmək istəyən, bakalavriat və magistratura pillələrində təhsil alan, ingilis dili üzrə minimum B1 səviyyəsinə malik olan (ingilis dili üzrə bilik səviyyəsini təsdiq edən sənəd mövcud olduğu halda digər sənədlər ilə birgə əlavə edilə bilər) DGKA tələbələri özləri haqqında məlumatı (ad, soyad, email adresi, ixtisas, təhsil pilləsi, şəxsiyyət vəsiqəsinin və ya ümumvətəndaş pasportunun skan edilmiş nüsxəsi və ya fotoşəkli, 1 ədəd pasport fotoşəkli) 10 avqust saat 18:00-a kimi aşağıdakı elektron poçt ünvanına göndərməlidirlər: [email protected]. Tələbələrin seçilməsi prosesi DGKA tərəfindən aparılır.

Xəbər lenti