Logo

6 Noyabr – Beynəlxalq Elm və Sülh Həftəsidir

06.11.2020 10:34 1048 baxış
IMG

İlk dəfə 1986-cı ildə Beynəlxalq sülh ili çərçivəsində keçirilmiş Beynəlxalq Elm və Sülh Həftəsi qeyri-hökumət səviyyəsində təşkil olunur.

 

1986-cı ildə uğurla baş tutan Elm Həftəsi təşkilatçıları ənənəni davam etdirməyə sövq edir. Onların səyləri öz bəhrəsini verir. 1988-ci ildə BMT-nin Baş Assambleyası Beynəlxalq Elm və Sülh Həftəsinin tarixlərini rəsmiləşdirən qətnamə qəbul edir. Bu hadisədən sonra Beynəlxalq həftə 11 noyabra qədər olan həftə ərzində keçirilir və 10 noyabrda başa çatır.

 

BMT israrla üzv-dövlətləri alimlər arasında beynəlxalq əməkdaşlığı dəstəkləməyə çağırıb. Bunun üçün əsas alətlər isə Beynəlxalq Ülm və Sülh Həftəsi çərmivəsində akademiyalar və universitetlərdə keçirilən mümkün mühazirələr, seminarlar, diskussiyalar olur.

 

BMT mütəxəssislərinin fikrincə, Həftənin hər il keçirilməsi – sülhün bərqərar olmasına mühüm töhfədir. Bu əlamətdar hadisə geniş elmi ictimaiyyətə hamı üçün əhəmiyyətli mövzular üzrə fikir mübadiləsi aparmağa, həmçinin elm və sülh problemlərinin qarşılıqlı əlaqəsi haqqında cəmiyyətin maarifləndirilməsini genişləndirməkdən ibarətdir. Həftəyə qoşulan ölkələrin coğrafiyasının da genişlənəcəyi gözlənilir.

 

Xəbər lenti