ARTİ tərəfindən “Qafqaz Albaniyası və Azərbaycanın dövlətçilik tarixi” mövzusunda vebinar keçiriləcək.
Tehsil.biz xəbər verir ki, vebinarda spiker qismində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tarix-coğrafiya fakültəsinin Azərbaycan tarixi kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Naibə Əhmədova çıxış edəcək.
Onlayn tədbir 9 avqust saat 19:00-da ARTİ-nin “Facebook” səhifəsi üzərindən canlı yayımlanacaq.