Logo

Tələbələr Bayraq Meydanında keçirilən “Qarabağ Azərbaycandır!” adlı rəsm müsabiqəsində iştirak edib

06.11.2020 10:50 507 baxış
IMG

Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsinin Rəngkarlıq və Təsviri incəsənət ixtisası üzrə təhsil alan tələbələrinin açıq havada rəsm müsabiqəsi təşkil edilib. Tələbələrin əksəriyyəti sərgiyə hərbi formada qatılıblar.

 

Tehsil.biz-in məlumatına görə, Universitetin Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, Naxçıvan şəhərindəki Bayraq Meydanında təşkil edilən müsabiqənin əsas məqsədi çəkilən rəsmlərdə qələbəyə inam, şəhidlərin əziz xatirəsinə ehtiram hisslərinin ifadəsi olub.

 

Fakültə müəllimlərinin rəhbərlik etdiyi müsabiqədə 26 rəssam tələbə öz qabiliyyətini sınayıb. Sonda tələbələr “Qarabağ Azərbaycandır!” şüarı səsləndiriblər.

 

Qeyd edək ki, rəsm əsərlərinin sərgisi də təşkil ediləcək və müsabiqənin qalibləri mükafatlandırılacaq.

Xəbər lenti