Logo

Elm adamları elastik və etibarlı sensor hazırlayıblar

06 Ноября 21 baxış
IMG

Sinqapur Milli Universitetinin alimləri yeni sensor hazırlayıblar. Ənənəvi yumşaq materiallardan daha yaxşı nəticə verən sensor, elastikliyi ilə birincidir.

 

Tehsil.biz ted.az-a istinadən bildirir ki, yumşaq materiallar təzyiq sensoru olaraq istifadə edildikdə müxtəlif histerez problemi ilə qarşılaşır. Yumşaq sensor materialların xüsusiyyətləri təkrarlanan toxunuşlar arasında dəyişiklik göstərə bilir. Əlbəttə bu, məlumatların etibarlılığına mənfi təsir edir.

 

Sinqapur Milli Universitetinin alimləri isə olduqca həssas, lakin praktik olaraq histerezsiz performans göstərə bilən material hazırlayıblar.

 

Tədqiqatçılar PDMS filmini piezoresistiv sensor üçün elektrodlar və substratlarla birləşdiriblər. Daha sonra sensorun fəaliyyətinin əlamətlərini təyin ediblər. Davamlı olaraq mexaniki testlər inkişaf etdirən qrup, hazırladıqları dizayn yeniliyinin sensorun işini yaxşılaşdırdığına qərar veriblər. Komandanın TRACE (Toxuma Resistive Annulary Cracked E-Skin) adlandırdığı materiallar ənənəvi yumşaq materiallardan beşqat daha yaxşı nəticə verib.

 

TRACE sensorunun robot və ya geyiləbilən sağlamlıq texnologiyası cihazlarında istifadə edilməsinin mümkün olduğu deyilir. 

Xəbər lenti