Bakı Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatı açıq havada 12 avqust - Beynəlxalq Gənclər Gününə həsr olunmuş “Home games party” adlı əyləncəli yarışlara start verib.
Tələbələrin asudə vaxtlarının səmərəli təşkili məqsədilə həyata keçirilən yarışlarda 4 komanda yarışıb. Tələbələr yarışlarda topları üfürərək halqalara keçirmək, şarı doldurmaqla stəkanların içinə salmaq, mismarları balansda saxlamaqla öz bacarıqlarını nümayiş etdiriblər.
Əyləncəli oyunlarda “13” komandası fərqlənərək yarışların qalibi seçilib.