Logo

Avqustun 11-də növbəti qabiliyyət imtahanları təşkil ediləcək

10.08.2021 09:00 860 baxış
IMG

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ali təhsil müəssisələrinin bakalavriatura səviyyəsinə, o cümlədən ümumi (9 illik) və tam (11 illik) orta təhsil bazasında kolleclərə qəbul üçün keçirilən xüsusi qabiliyyət imtahanlarının tarixləri müəyyənləşib.

DİM-dən bildirilib ki, avqustun 11-də bədən tərbiyəsi (11 illik), təsviri sənət (9 illik), musiqi (11 illik) və təsviri sənət (11 illik) istiqamətləri üzrə növbəti qabiliyyət imtahanları təşkil ediləcək.

Abituriyentlər imtahanların tarixi ilə “Qabiliyyət imtahanına buraxılış vərəqəsi”ndə tanış olmalıdırlar.

Xəbər lenti