Logo

20 nömrəli məktəb-liseyin şagirdinin dünyasını dəyişmə səbəbi bilindi - YENİLƏNİB

10.08.2021 15:15 2674 baxış
IMG

Bakıda orta məktəb şagirdi faciəli şəkildə həlak olub.

Tehsil.biz xəbər verir ki, məlumata görə, 20 nömrəli məktəb-liseyin 8-ci sinif şagirdi Nurlan Bağışovu avtomobil vurub.

O, dünyasını dəyişib.

***

20 nömrəli məktəb-liseyin 8-ci sinif şagirdi Nurlan Bağışov faciəli şəkildə dünyasını dəyişib.

Tehsil.biz xəbər verir ki, bu barədə məktəbdən məlumat verilib.

Qeyd olunub ki, məktəbin kollektivi adından Nurlanın doğmalarına, əzizlərinə, onu tanıyan hər kəsə dərin hüznlə başsağlığı verir, Allahdan onlara səbir diləyirik.

"Nurlan birinci sinifdən bizim məktəbdə təhsil alırdı.

Bu illər ərzində nəcibliyi, qayğıkeşliyi, səmimiyyəti onu hər kəsin sevimlisinə çevirmişdir. Bu gülərüz, mehriban şagirdimizin yoxluğu onu tanıyan hər kəs üçün böyük üzüntü və sarsıntıdır.

Kollektivimiz adından bir daha Nurlanın ailəsinə, əzizlərinə dərin hüznlə başsağlığı verir, uca Allahdan onlara səbir diləyirik" -deyə bildirilib.

Allah rəhmət eləsin.

Xəbər lenti