Logo

Məktəbəhazırlıq qruplarına qeydiyyat zamanı üstünlük hüquqları açıqlanıb

10.08.2021 17:02 992 baxış
IMG

Bu gündən 2021-2022-ci tədris ili üzrə dövlət ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına uşaqların qəbuluna start verilib. Ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına qəbul prosesi www.mektebeqebul.edu.az elektron portalı vasitəsilə aparılır.

Təhsil Nazirliyindən Tehsil.biz-ə xəbər verir ki, siniflərdə şagird sıxlığı və məktəbə qəbulla bağlı daha çox müraciət olunan bir sıra məktəblərdə məktəbəhazırlıq qruplarına onlayn qeydiyyat zamanı aşağıda qeyd olunan uşaqların məktəbə qəbulu üzrə üstünlük hüquqları təmin olunur:

- Valideyni (qanuni nümayəndəsi) qeydiyyat ünvanı üzrə həmin məktəb üçün müəyyən edilmiş ərazidə yaşayanlar;

- Valideynləri (qanuni nümayəndələri) həmin məktəbdə işləyənlər;

- Bacısı və ya qardaşı həmin məktəbdə təhsil alanlar.

Xatırladaq ki, dövlət ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına uşaqların qəbulu ilə bağlı elektron qeydiyyat prosesi sentyabrın 14-ü saat 18:00-da başa çatacaq. Məktəb seçimi prosesinə isə avqustun 12-si saat 11:00-da başlanılacaq.

Xəbər lenti