Artıq ali təhsil müəssisələrinə qəbul prosesi başa çatıb. Bundan sonrakı mərhələdə təhsil ocaqlarına qəbul olmaq istəyən şəxslər üçün ən vacib məqam ixtisas seçimidir.
Milli.Az xezerxeber.az-a istinadən xəbər verir ki, imtahanda lazım olan balı toplamaq qədər ixtisas seçimi də önəmlidir. Amma bəzi hallarda imtahanlarda yüksək nəticə əldə edib, ixtisas seçimində səhv edənlər var. Bu da abituriyentin bir il itirməsi ilə nəticələnir.
Təhsil eksperti Kamran Əsədovun sözlərinə görə, abituriyentlər imtahan verdikdən sonra mütləq 4 saylı jurnalın dərc olunmağını gözləməlidirlər. Çünki 4 saylı Abituriyent jurnalı onlara plan yerlərinin müqayisəsini aparmağa imkanı verəcək.
Abituriyentlər öz seçimlərində diqqətli olmalı, riskli qərarlar verməmək üçün tövsiyələrə əməl etməlidirlər.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: