Logo

Abituriyentlər qabiliyyət imtahanından kütləvi kəsilib? - AÇIQLAMA

11.08.2021 11:42 598 baxış
IMG

Bir qrup abituriyentlər qabiliyyət imtahanından kütləvi kəsilmələrini iddia ediblər.

Bildiriblər ki, qabiliyyət imtahanında ballar çox aşağı yazılır.

Məsələ barədə Dövlət İmtahan Mərkəzi (DİM) ilə əlaqə saxladıq.

Qurumun mətbuat katibi Xanlar Xanlarzadə Oxu.Az-a açıqlamasında bildirib ki, qabiliyyət imtahanını keçirmək məqsədi ilə DİM tərəfindən müvafiq komissiya yaradılıb:

“Yaradılan qabiliyyət imtahan komissiyalarını tərkibinə ali təhsil müəssisələrinin, kolleclərinin mütəxəssisləri, Mədəniyyət Nazirliyinin müvafiq strukturlarının və DİM-in əməkdaşları daxil edilirlər. İmtahanların nəticəsi bal və məqbulla qiymətləndirilir.

Həmin qiymətləndirilmə meyarlarına uyğun olaraq ekspertlər imtahan iştirakçılarının bacarığını yoxlayırlar. Kimlərin bacarığı meyarlara uyğundursa, balları yazılır. Heç bir problem yoxdur”.

X.Xanlarzadə qeyd edib ki, abituriyentlər qabiliyyət imtahanından narazıdırlarsa, apellyasiya şikayəti verə bilərlər.

Oxu.az

Xəbər lenti