Bakı Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatının nəzdində fəaliyyət göstərən “Conversation club”un alman dili üzrə üçüncü təlimi keçirilib.
Açıq havada təşkil olunan təlimdə alman dilində feillərin şəxsə görə dəyişməsi və alman dilinin lüğəti haqqında təlim iştirakçılarına məlumat verilib. Daha sonra təlimçi tələbələrin mövzu ilə bağlı suallarını cavablandırıb.
Qeyd edək ki, təlimlər həftədə iki dəfə olmaqla müxtəlif dillər üzrə davamlı şəkildə həyata keçirilir.