Logo

“Filoloji elmlər innovativ tədqiqatlar kontekstində” mövzusunda beynəlxalq konfransa məqalə qəbulu

06.11.2020 13:27 531 baxış
IMG

Dekabrın 24-də Bakı Slavyan Universitetinin Filologiya və xarici dil müəllimliyi fakültəsində “Filoloji elmlər innovativ tədqiqatlar kontekstində” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçiriləcək.

 

Universitetdən Tehsil.biz-ə bildirilib ki, konfransın işi “Filologiya elmləri”, “İctimai elmlər”, “Xarici dillər və onların tədrisi metodikası” və “Pedaqoji və psixoloji elmlər” bölmələri üzrə aparılacaq.

 

İştirakla bağlı məlumat və məqalələr elektron formada noyabrın 20-dən gec olmayaraq e-mail: [email protected] ünvanına göndərilməlidir.

 

Məqaləyə dair tələblər Bakı Slavyan Universitetinin saytında göstərilib. Təşkilat komitəsi konfransın mövzusuna və qoyulan tələblərə cavab verməyən məqalələri qəbul etməmək hüququna malikdir.

Xəbər lenti