Logo

Yaponiya universitetində erməni faşizmi pisləndi

06.11.2020 13:30 499 baxış
IMG

Noyabrın 2-də Yaponiyanın ən nüfuzlu beş universitetindən biri olan Hokkaydo Universitetində "Azərbaycanda Multikulturalizm Modeli" ilə bağlı müntəzəm keçirilən növbəti dərsin mövzusu Dağlıq Qarabağ münaqişəsinə, Azərbaycanın Bərdə, Gəncə, Tərtər rayonlarında ermənilərin dinc əhaliyə qarşı törətdiyi vəhşiliklərə həsr olunub.

 

 

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzindən Tehsil.biz-ə verilən məlumata görə, qeyd edək ki, Yaponiya Dövlət təqaüdçüsü Əlibəy Məmmədov tərəfindən aparılan dərslər Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi ilə Hokkaydo Avroasiya Araşdırmalar Mərkəzinin razılığı əsasında keçirilir. Ə.Məmmədov yaponiyalı tələbələrə Azərbaycan xalqının qanuni və tarixi ərazilərinin erməni işğalçılarından azad edilməsi uğrunda Vətən müharibəsinə başlaması haqqında ətraflı məlumat vermişdir. O qeyd etmişdir ki, 30 ilə yaxın bir dövrdə Azərbaycan xalqı sülh tərəfdarı olsa da, Ermənistan rəhbərliyi həmişə sülh danışıqlarını pozmuş və dəfələrlə Azərbaycanın qanuni sərhədlərində təxribatla məşğul olmuşdur.

 

 

Azərbaycan torpaqlarından işğalçı ordunun çixarılması ilə bağlı BMT- nin 4 qətnaməsini bu günə kimi yerinə yetirməmişdir. Sentyabrın 27- də yenə də ərazilərimiz atəşə tutulması nəticəsində, Azərbaycan Ordusu işğalçılara qarşı əks hücuma keçmiş və düşmənə ağır zərbə vuraraq, işğal altında olan torpaqlarımızın böyük hissəsini azad etmişdir. Cəbhədə məğlub olan düşmən dinc əhaliyə qarşı ağır silahlardan istifadə edərək, Azərbaycanın döyüş bölğəsindən uzaqda yerləşən Gəncə, Bərdə, Tərtər rayonlarını qadağan olunmuş silahlarla raket atəşinə tutmuşdur.

 

 

Nəticədə Gəncədə 26, Bərdədə 27, Tərtərdə 17 nəfər dinc insan qətlə yetirilmişdir. Dərs zamanı tələbələrin mövzu ilə bağlı sualları cavablandırılmış, erməni faşizmi pislənilmişdir.

Xəbər lenti