Avqustun 11-də Gənclər Təşkilatlarının rəhbərləri ilə II Panel görüşü keçirilib.
Bu sessiyanın müzakirə mövzusu “Həssas qrupdan olan gənclərin ictimaiyyət arasında adaptasiyası və bu prosesdə gənclər təşkilatlarının rolu, həmçinin bu istiqamətdə layihələrin hazırlanması” olub.
Görüş çərçivəsində irəli sürülmüş mövzu ətrafında müzakirələr aparılıb. Gənclər təşkilatlar tərəfindən onlar üçün yaradılan imkanlar barədə məlumatlandırılıb və sonda gənclərin sualları cavablandırıb, təklifləri qeydə alınıb.
Məlumat üçün qeyd edək ki, layihə Azərbaycan Respublikasının Gənclər Təşkilatları Milli Şurasının və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının birgə təşkilatçılığı ilə həyata keçirilir.
Görüşdə Bakı Slavyan Universiteti (BSU) Tələbə Gənclər Təşkilatı (TGT) sədr əvəzedicisi Rəhilə Yusifova və təşkilatın fəalları iştirak ediblər.