Logo

MM-də dövlət qulluğuna qəbul qaydalarının sadələşdirilməsi təklif olunub

06.11.2020 13:44 658 baxış
IMG

“2019-cu ilin dövlət büdcəsində əməyin ödənişi xərci üzrə 82 milyon manat qənaət yaranıb. Bu, əsasən büdcə təşkilatlarında olan vakant vəzifələrin vaxtında doldurulmaması ilə bağlıdır”.

 

Tehsil.biz-in məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsinin müzakirəsi zamanı İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib.

 

Deputat hesab edir ki, dövlət büdcəsindən maliyyələşən təşkilatlarda vakant yerlərə işçilərin götürülməsi üçün dövlət qulluğuna qəbulla bağlı qaydalarda mövcud olan prosedurlar sadələşdirilməli, təşkilat rəhbərlərinə bu sahədə bəzi sərbəstliklər verilməlidir.

Xəbər lenti