AzTU-nun Beynəlxalq ticarət, logistika və marketinq kafedrası 2021-2022-ci tədris ilində aşağıda qeyd edilən fənləri tədris edəcək müəllimlərin işə qəbulu üçün vakansiya elan edir.
Bakalavriat səviyyəsi üzrə tədris ediləcək fənlər:
1. Standartlaşma və sertifikasiya (rus bölməsi)
2. Sənayedə investisiya və innovasiya fəaliyyəti (Azərbaycan və rus bölmələri)
3. Kommersiya işi (Azərbaycan bölməsi)
4. Satışın idarə edilməsi (Azərbaycan bölməsi)
5. Maliyyə uçotu (Azərbaycan bölməsi)
6. Firmanın iqtisadiyyatı (Azərbaycan bölməsi)
7. Bisnesin əsasları (rus bölməsi)
8. Qeyri-neft sənayesinin iqtisadiyyatı (Azərbaycan və rus bölmələri)
9. Audit (Azərbaycan və rus bölmələri)
10. English for communication
✅Magistratura səviyyəsi üzrə tədris ediləcək fənlər:
1. Biznesin idarə edilməsi (rus bölməsi)
2. Sənayenin sosial problemləri (Azərbaycan və rus bölmələri)
3. İdarəetmə uçotu (Azərbaycan bölməsi)
4. Nəqliyyatda investisiya layihələrinin qiymətləndirilməsi (Azərbaycan bölməsi)
5. Marketinq tədqiqatları və planlaşdırma (rus bölməsi)
6. Biznes-analitika (Azərbaycan bölməsi)
7. Keyfiyyətin idarə edilməsi (Azərbaycan və rus bölmələri)
8. İnvestisiya siyasəti və innovasiya fəaliyyəti (Azərbaycan bölməsi)
9. Sənayedə investisiya layihələndirilməsi (Azərbaycan bölməsi)
10.Sənayenin təşkili və idarə edilməsinin müasir problemləri (Azərbaycan və rus bölmələri)
Qeyd: Bakalavriat səviyyəsində yuxarıda göstərilən fənləri tədris edəcək müəllimlərin müvafiq ixtisas üzrə tam ali təhsilinin (magistratura) və ən azı 3 il pedaqoji təcrübəsinin olması tələb olunur.
Magistratura səviyyəsində yuxarıda göstərilən fənləri tədris edəcək müəllimlərin müvafiq ixtisas üzrə elmi dərəcəsinin olması tələb olunur.
Maraqlanan şəxslər CV-lərini [email protected] və [email protected] elektron ünvanlarına göndərə bilərlər. Daha ətraflı məlumat üçün (012) 539 11 13 nömrəsinə zəng edə bilərsiniz.