Logo

ADNSU-da gənclərin pis vərdişlərdən uzaq olması mövzusunda tədbir keçirilib

06.11.2020 15:06 520 baxış
IMG

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsi və narkomaniyanın qarşısının alınması mövzusunda tədbir keçirilib.

 

 

UniversitetdənTehsil.biz-ə verilən məlumata görə, Daxili İşlər Nazirliyi, Səhiyyə Nazirliyi, Təhsil Nazirliyi və digər aidiyyəti dövlət qurumlarının bu barədə mövcud sağlamlıq layihələrinə uyğun olaraq oktyabrın 29-da keçirilən tədbirdə insan sağlamlığı və onun qorunmasından, bunun üçün pis vərdişlərdən uzaq olmanın vacibliyindən bəhs olunub.  Tədbirdə ADNSU-nun Tərbiyə İşləri üzrə prorektoru, dosent Ata Babayev, Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Namiq Gəncəyev, fakültə dekanlarının müavinləri, tələbələr və digər şəxslər iştirak edblər.

 

 

Dosent Ata Babayev çıxış edərək bildirib ki, mühirəbə dövrü olmasına, həmçinin “Covid-19” pandemiyasının yayılmasına baxmayaraq insan sağlamlağı üçün vacib olan hər şey diqqətdə saxlanılmalı, sağlamlıq dair mövcud normalara əməl olunmalıdır. O, çoxsaylı gənclərin təhsil aldığı ADNSU-da tələbələrin təkcə yaxşı təhsil almalarının yox, həm də sağlamlığının qorunmasına xüsusi önəm verildiyini, bundan irəli gələn tədbirlərin hər zaman diqqətdə saxlandığını deyib.

Xəbər lenti