Logo

BDU-nun Geologiya fakültəsində birinci kurs tələbələri ilə onlayn görüş keçirilib

06.11.2020 17:52 738 baxış
IMG

2020-ci il 5 noyabr tarixində Bakı Dövlət Universitetində (BDU) Geologiya fakültəsinə qəbul olunmuş birinci kurs tələbələri ilə onlayn görüş kecirilib.

 

Fakültə dekanı dosent Məhluqə Məmmədova tələbələri yeni tədris ili münasibətilə təbrik edərək, onlara elmdə və təhsildə uğurlar arzu edib. Tələbələrə BDU-nun və Geologiya fakültəsinin yaranma və inkişaf tarixi, Boloniya təhsil sistemi, Universitetin daxili nizam-intizam qaydaları, tələbələrin hüquq və vəzifələri  barədə məlumat verib. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında ordumuzun işğaldan azad etdiyi ərazilərin nadir və qiymətli faydalı qazıntı yataqları, həmçinin yeraltı şirin su mənbələri ilə zəngin olduğu tələbələrin nəzərinə çatdırılıb, gələcəkdə bu yeraltı sərvətlərin axtarış və kəşfiyyatını həyata keçirmək üçün yüksəkixtisaslı geoloq kimi yetişmələri tövsiyə olunub.

 

Microsoft Teams Platforması vasitəsi ilə baş tutan görüş tələbələrin çoxsaylı suallarının cavablandırılması ilə yekunlaşıb.

Xəbər lenti