2020-ci il 6 noyabr tarixində Bakı Dövlət Universitetində (BDU) Coğrafiya fakültəsinə qəbul olunmuş birinci kurs tələbələri ilə onlayn görüş kecirilib. Görüşdə Coğrafiya fakültəsinin professor-müəllim heyəti və tələbələr iştirak ediblər.
Fakültə dekanı, dosent Şəkər Məmmədova ilk növbədə, Ali Baş Komandanımızın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun əldə etdiyi şanlı qələbələr münasibətilə tədbir iştirakçılarını təbrik edib və işğal altında olan bütün torpaqlarımızın tezliklə düşmən tapdağından azad olunacağına əminliyini ifadə edib. Universitet həyatında baş verən müsbət və dinamik keyfiyyət dəyişikliklərindən bəhs edərək tələbə adını qazanmış gənclərə fakültə haqqında ətraflı məlumat verib.
Virtual görüşdə iştirak edən kafedra müdirləri Fərda İmanov, Məqsəd Qocamanov, Saleh Nağıyev onlayn və ya ənənəvi formada olmasından asılı olmayaraq hər bir tələbəyə onlar üçün yaradılan şəraitdən maksimum faydalanmağı tövsiyə ediblər.
Microsoft Teams platforması üzərindən keçirilən görüş tələbələri maraqlandıran sualların cavablandırılması ilə yekunlaşıb.