Logo

Bakıda internat məktəbinin direktoru barəsində cinayət işi açılıb

13.08.2021 16:28 796 baxış
IMG

Baş Prokurorluqdan verilən məlumata görə, aparılmış istintaq-əməliyyat tədbirləri ilə müəyyən edilib ki, 11 nömrəli İnteqrasiya Təlimli İnternat Məktəbinin direktoru işləmiş Gülnarə Abdullayeva işə gəlməyən müəllimlərin sayını, dərs saatlarını, uşaqların qidalanması üçün lazım olan qida məhsullarını və içməli suyun həcimini artıq göstərməklə 88 622 manatı mənimsəyib. 

G.Abdullayevanın otağına keçirilmiş baxış zamanı ayrı-ayrı şəxslərin adına olan 4 ədəd plastik kart, işçilərə pul vəsaiti verməsi ilə bağlı qeydlərin aparıldığı dəftərçəsi aşkar olunaraq götürülüb.

Hazırda cinayət işi üzrə bütün təqsirli şəxslərin dairəsinin müəyyən edilməsi istiqamətində intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Xəbər lenti