Avqustun 27-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialı, “Elger” Beynəlxalq Elm Mərkəzi, AMEA akademik Həsən Əliyev adına Coğrafiya İnstitutu, Bakı Dövlət Universiteti (BDU), Naxçıvan Müəllimlər İnstitutu və BDU-nun Qazax filialı tərəfindən İsveçin Qotenburq Universiteti ilə birgə “Qarabağ: Zəfərə gedən yol” mövzusunda XVII beynəlxalq elmi konfrans keçiriləcək.
Bu barədə AMEA-dan məlumat verilib. Bildirilib ki, onlayn keçiriləcək konfrans elmin bütün sahələrini əhatə edir. Konfransa tezis qəbulu avqustun 17-dək aparılacaq. İştirak etmək istəyənlər məqalələrini [email protected] ünvanına göndərə bilərlər. Qəbul edilən məqalələr avqustun 20-də elan olunacaq.
Beynəlxalq konfransın materialları toplu şəklində nəşr ediləcək.
Konfransda iştirak etmək üçün elmi dərəcəsi olan şəxslər (elmlər və fəlsəfə doktorları, elmi işçilər), müəllimlər, doktorantlar, magistrant və tələbələr müraciət edə bilərlər.