Logo

ADPU-nun Quba filialında tərbiyəçi müəllimlər üçün təlimlərin keçirilməsinə start verilib

14.08.2021 10:06 751 baxış
IMG

2017-ci ildən Avropa İttifaqının müaliyyə dəstəyi və UNİCEFin birbaşa dəstəyi ilə Azərbaycan Respublikası Təhsil İnstitutu tərəfindən həyata keçirilən "İcma əsaslı uşaq təhsil mərkəzləri" Azərbaycanda fəaliyyətə başlamışdı.

Tehsil.biz xəbər verir ki, bu layihədə əsas məqsəd məktəbəqədər yaşlı uşaqlarda məktəb təhsili müəssisələrinə cəlb olunmasının artırılması, uşaqların intellektual bacarıqlarının yaxşılaşdırılması, inkişaf edən təhsil prosesində onların göstəricilərinin yüksəldilməsi, gələcəkdə əmək bazarında onların uğur qazanmasına zəmin yaratmaqdı.

Layihənin xüsusən regionlar üçün üstün tərərfi ondan ibarətdir ki, ucqar kədlərdə, dağlıq ərazilərdə, sərhədboyu zonalarda və digər ərazilərdə məktəbəqədər təhsildən istifadə edə bilməyən, bu imkanlardan obyektiv səbəblərdən məhrum olan 3 – 5 yaş arası uşaqların buraya cəlb olunmasıdır. 

Məlum layihə çərçivəsində ARTİ və ADPU sıx əməkdaşlıq həyata keçirmişdilər. ADPU – nun subyekti kimi ADPU – nun Quba filialı da layihənin inkişafına öz töhfəsini verir. Belə ki, ARTİ-nin 20-25 iyun və 1-4 iyul 2021-ci il tarixlərində keçirdiyi təlimlərində filialımızın 2 müəllimi - Pərvanə Rzayeva və Nübar Bayramova fəal iştirak etmişdi. Həmin təlimlər nəticəsində əməkdaşlarımız öz yüksək bilik və bacarıqlarını daha da artıraraq tərbiyəçi müəllimlər üçün regionumuzda başlayacaq pedaqoji kursların təlimçiləri olmuşdular.

9 avqust 2021-ci il tarixindən etibarən isə ADPU-nun Quba filialında “İcma əsaslı məqtəbəqədər təhsil qrupları”nda çalışacaq Quba, Xaçmaz, Şabran, Qusar rayonlarından olan tərbiyyəçi müəllimlər üçün “Erkən yaşda uşaq inkişafı sahəsində bilik və bacarıqların artırılması” üçün pedaqoji kuslar təşkil edilmişdir. Kurslar iki qrup üzrə həyata keçiriləcəkdir. İlk qrupda 20, ikincidə isə 19 tərbiyyəçi müəllimin iştirakı təmin edilib. Ümumilikdə kuslar 9 avqust və 22 sentyabr tarixlərini əhatə edəcək.

Təlimlərin keçirilməsi üçün ADPU-nun Quba filialı rəhbərliyi tərəfindən lazımi şərait yaradılmış, İKT təminatlı otaqlar ayrılmış, sürətli internet, komputer, ağıllı lövhələr, müasir standartlara cavab verən elektron avadanlıqlar, digər təlim vasitələri təlimçi müəllimlərin və kurs iştirkçılarının ixtiyarına verilmişdir.

Xəbər lenti