Logo

"Müəllimlərin az balla rayon, yüksək balla şəhər məktəblərini seçməsi ayrı-seçkilikdir" - Ekspert

14.08.2021 11:40 1644 baxış
IMG

"Rayon məktəblərinə az bal toplayan müəlimlərin üz tutması, yüksək bal toplayanların şəhər məktəbinə daha çox seçim etmələri ayrı-seçkilik göstəricisidir".

Bu sözləri "Tehsil.biz"ə açıqlamasında təhsil eksperti Elçin Əfəndi bildirib.

O, istisna hallarda rayonlara üz tutan yüksək bal toplayan müəllimlərin müşahidə olunduğunu qeyd edib:

"Çox təəssüflər olsun ki, Bakı şəhəri üzrə daha yüksək bal toplayanlar vakansiya seçimində iştirak edir və onlar yer tuturlar. Düşünürəm ki, bu ayrı-seçkiliyin qarşısı alınmalıdır. Əks halda biz nəticə etibarı ilə baxdığımız zaman görürük ki, rayon məktəbləri ilə Bakı məktəbləri müqayisə edildiyi zaman Bakı məktəblərinin göstəriciləri rayonlara nisbətən daha yüksək olur".

Ekspert hesab edir ki, şəffaflığın təmin olunması üçün mütləq şəkildə həvəsləndirici addımlar atılmalı, yüksək bal toplayan müəllimlər rayon məktəbinə cəlb olunmalıdır və təbii ki, burada əməkhaqqı da nəzərə alınmalıdır:

"Belə olduğu təqdirdə növbəti işə qəbul imtahanlarında yüksək bal toplayan müəllimlər də rayon məktəblərini seçməyə cəhd edəcəklər. Çünki onların yüksək imtiyazları tanınarsa, əlbəttə, bu ayrı-seçkilik də ortadan qalxacaq. Belə davam etməyi isə ümumi nəticələrə də təsir etmiş olur həmçinin, ayrı-seçkilik də açıq şəkildə hiss olunur", -deyə Elçin Əfəndi bildirib.

Fəqan Əzimli

Xəbər lenti