Logo

BDU THİK sədri Hacıbaba Mustafayev Dünya Gənclər Sammitində iştirak edib

14.08.2021 14:16 675 baxış
IMG

12.08.21 tarixində Beynəlxalq İnsan Hüquqları Komissiyası (IHRC) və Pakistanda fəaliyyət göstərən Sülh naminə Dünya Gənclər Sammiti Təşkilatının (WYSPO) birgə təşkilatçılığı ilə Beynəlxalq Gənclər Gününə həsr olunan onlayn sammit baş tutub.

Sammitdə çıxış edənlər arasında BMT-nin Baş Assambleyasının 73-cü sessiyasının sədri Mariya Fernanda Espinosa, WYSPO sədri və Pakistanın sabiq Baş Naziri Yusuf Reza Gilani, Ekvadorun ilk qadın Prezidenti Rosalia Arteaga, Rumıniyanın sabiq Prezidenti Emil Konstantinesku, Banqladeş Gənclər Parlamenti sədri Sarker Tanvir Əhməd və s. rəsmilər, ekspertlər və media nümayəndələri iştirak ediblər.

IHRC sədri Məhəmməd Şahid Xan moderatorluğunda keçən sammitin ikinci sessiyasında nitq ilə çıxış edənlər arasında BDU THİK sədri Hacıbaba Mustafayev yer alıb.

Təşkilatçılara bu cür mühim məsələ ilə bağlı bu sammitin təşkilinə görə təşəkkür edən H. Mustafayev Azərbaycanda da müasir texnologiyaların tətbiqi ilə təhsil sahəsində olan inkişaf və gənclərin sağlam inkişafı üçün idman sahəsində yaradılan imkanlardan bəhs edib.

Savadlı gəncliyin dünyanın gələcəyi olduğunu vurğulayıb və gənclərin elmə marağının artmasının vacib olduğunu bildirib. Sammit təşkilatçıları çıxışına görə H.Mustafayevə təşəkkür bildirərək növbəti beynəlxalq konfranslarda da görüşəcəklərinə ümid etdiklərini bildiriblər

Xəbər lenti