Logo

148 nəfər Macarıstanda təhsil hüququ qazanıb

16.08.2021 11:48 675 baxış
IMG

Hökumətlərarası Təqaüd Proqramları çərçivəsində (HTP) 2021-2022-ci tədris ili üçün Macarıstan təhsil təqaüd proqramına seçimlər yekunlaşıb. Azərbaycan Respublikası Təhsil Nazirliyi və Macarıstanın Xarici İşlər və Ticarət Nazirliyi arasında təhsil sahəsindəki əməkdaşlığın nəticəsi olaraq, 148 nəfər Azərbaycan vətəndaşı 2021-2022-ci tədris ili üzrə Macarıstanın nüfuzlu universitetlərində təhsil almaq hüququ qazanıb.

 

Qlobal pandemiyanın təsirləri nəticəsində təhsil müddətləri uzanmış 87 nəfər azərbaycanlının təqaüdlərinin 2021-2022-ci tədris ilində mövcud kvota hesabına davam etdirilməsinə Macarıstan tərəfindən qərar verilib.  

 

Seçim barədə Macarıstan tərəfindən verilən yekun qərar nəticəsində adıkeçən saziş üzrə 17 nəfər PhD (istənilən maraq dairəsində), 123 nəfər magistratura, 8 nəfər isə bakalavriat səviyyələrində təhsil almaq hüququ əldə edib. Onlar iqtisadiyyat, humanitar və sosial, biznes və idarəetmə, mühəndislik, İT, texnologiyalar, turizm, təbiət elmləri və səhiyyə elmləri istiqaməti üzrə təhsil alacaqlar. Təqaüdə layiq görülən tələbələr əsasən “Budapest University of Technology and Economics”, “Corvinus University of Budapest”, “University of Szeged”, “Eötvös Loránd University”, “University of Debrecen”, “University of Pécs” və digər ali təhsil müəssisələrində təhsil almaq hüququ qazanıblar.

 

Qeyd edək ki, müvafiq təqaüd proqramı barədə 23 noyabr 2020-ci il tarixində elan verilib.

Xəbər lenti