Müzəffər Azərbaycan Ordusu Füzulinin Yuxarı Veysəlli, Yuxarı Seyidəhmədli, Qorqan, Üçüncü Mahmudlu, Qacar, Divanalılar, Cəbrayılın Yuxarı Məzrə, Yanarhac, Qubadlının Qəzyan, Balasoltanlı, Mərdanlı, Zəngilanın Beşdəli kəndlərini işğaldan azad etmişdir.
Bundan əlavə, Xocalının Qarabulaq, Moşxmaat, Xocavəndin Ataqut, Tsakuri kəndləri də işğaldan azad edilib.
Tehsil.biz xəbər verir ki, bu barədə Ali Baş Komandan İlham Əliyev tvitter hesabından məlumat verib.
Eşq olsun Azərbaycan Ordusuna!
Qarabağ Azərbaycandır!