Qərbi Kaspi Universiteti tərəfindən avqustun 17-i saat 15:00-da hindistanlı professor Bhola Khanın vebinarı təşkil olunacaq.
Tehsil.biz xəbər verir ki, vebinar Covid-19 pandemiyasından əvvəl və Covid-19 pandemiyası müddətində "Beynəlxalq biznesin vəziyyəti" mövzusunu əhatə edəcək. Professor Khan İqtisadiyyat üzrə fəlsəfə doktorudur, 4 kitab müəllifidir. Bir neçə xarici ölkədə akademik fəaliyyətlə məşğul olmaqdadır, əsas tədris istiqamətləri Makroiqtisadiyyat, İqtisadi böyümə və Ekonometrikadır.
Vebinar ictimaiyyət üçün açıqdır, iştirakçılara sertifikatlar təqdim olunacaq.
Vebinar ingilis dilində təşkil olunacaq.