Logo

Xaricdə doktorantura təhsili üçün sənəd qəbulu başa çatıb

16.08.2021 17:04 663 baxış
IMG

“2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində 2021-ci ilin payız semestri üzrə xaricdə doktorantura təhsilinin maliyyələşdirilməsi ilə bağlı elan edilmiş sənəd qəbulunun müddəti 15 avqustda başa çatıb.

Bu barədə Təhsil Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirib.

Qeyd edilib ki, sənəd qəbulunda ümumilikdə 290 nəfər iştirak edib.

Xəbər lenti