Logo

Xaricdə təhsil alan və diplomları tanınan müraciətçilərin kadr bankı yaradılıb

16.08.2021 19:26 793 baxış
IMG

Təhsildə Keyfiyyət Təminatı Agentliyi xaricdə təhsil alan və diplomları tanınan ərizəçilərin tərcümeyi-hallarının yer aldığı elektron resursu (www.kadr.taninma.az) istifadəyə verdi. 

Tehsil.biz xəbər verir ki, işəgötürənlər kadr bankında təhsil ölkəsi, təhsil müəssisəsi və (ya) ixtisas üzrə axtarış etməklə tələblərinə uyğun namizədləri müəyyən edə bilərlər.

Kadr bankının yaradılmasında məqsəd bilik, bacarıq və səriştələri ölkə ərazisində tanınmış şəxslərin əmək bazarına girişinə dəstək göstərmək və eyni zamanda işəgötürənlərin işaxtaranlarla daha rahat şəkildə əlaqələndirilməsinə töhvə verməkdir.

Qeyd edək ki, kadr bankı Agentliyin xarici kvalifikasiyaların tanınması üzrə elektron xidmətlərin keyfiyyətinin və kəmiyyətinin artırılması istiqamətində həyata keçirdiyi layihələrdən biridir. Əlavə yeniliklərlə bağlı vətəndaşlara məlumatlar rəsmi veb saytı (www.tkta.edu.az) və ya sosial media hesabları üzərindən təqdim ediləcəkdir.

Xəbər lenti