Məlum olduğu kimi 9 avqust 2021-ci il tarixdən başlayaraq ARTİ və ADPU əməkdaşlığı ilə Avropa İttifaqının müaliyyə dəstəyi və UNİCEFin birbaşa dəstəyi vasitəsi ilə həyata keçirilən “İcma əsaslı məqtəbəqədər təhsil qurupları”nda çalışacaq tərbiyyəçi müəllimlərin bir hissəsinin ADPU-nun Quba filialında başlayan kursları davam edir.
Bu gün təlimin gedişinə diqqət göstərmək və kurs iştirakçılarının arzu və istəkləri ilə maraqlanmaq üçün ADPU-nun Quba filialının direktoru dosent Yusif Alıyev fasilə zamanı müdavimlərlə görüş keçirib.
Görüş zamanı ilk olaraq müdavimlərlə tanış olmuş və onlar üçün yaradılan şərait, təlimin onlara verdiyi müsbət keyfiyyətlər haqqında polemik söhbətlər aparılmışdır. Qısa tanışlıqdan sonra məlum oldu ki, kurslarda iştirak edən tərbiyyəçi – dinləyicilər arasında uzunmüddətli müəllim stajına malik, yeni çalışmağa başlamış və hətta həkim ixtisasına sahib olanlar da vardır.
Kurs iştirakçılarının hər biri yaradılan yüksək səviyyəli şəraitə görə ARTİ və ADPU rəhbərliyinə, filial direktoruna və təlimçilərə dərin minnətdarlıqlarını bildiriblər.
Kurs iştirakçısı olan 20 il ibtidai sinif müəllimi işləmiş Zümrüd Nağıyeva onlara yaradılan şəraitdən razılıq bildirərək bu təlimlərin onlar üçün məktəbəqədər yaşlı uşaqlarla iş sahəsində biliklərinin artırılmasında, yeni məlumatların mənimsənilməsində, uşaqlarla davranışın innovativ yollarının öyrənilməsində əvəzsiz rolundan danışdı. Bildirdi ki, uzun müddət Köhnə Xaçmaz kənd tam orta məktəbində müəllim işləməyinə baxmayaraq, təlimdə onun üçün də yeni olan məktəbəqədər yaşlı uşaqlarla davranış normalarını, onlarla daha yeni üsullarla işləmə qaydalarını öyrənmişdi.
Daha sonra direktor dosent Yusif Alıyev təlimdə həkim tərbiyyəçi – müəllimin iştirakının xüsusi maraq kəsb etdiyini bildirərək, bunun həm məktəbəqədər yaşlı uşaqların təhsil və gələcək həyata hazırlanmasına yardımçı olacağını həm də digər amillərlə yanaşı uşaqların psixoloji və fiziki olaraq da layiqli vətəndaşı kimi sağlam yetişməsində çox böyük əhəmiyyətinin olacağını qeyd edib.
Direktor Yusif Alıyev sonda ADPU-nun Quba filialının əməkdaşı olan təlimçilərin fəaliyyəti haqqında da kurs iştirakçılarından məlumat alıb. Tərbiyyəçi müəllimlər təlimlərdən və təlimçilərdən razı olduqlarını bildiriblər.
Qeyd edək ki, təlimlərə ölkənin müxtəlif bölgələrindən olan dinləyici müdavimlər qatılıblar.