Logo

Rusiyada dərs ili əyani formatda başlanacaq

17.08.2021 09:21 894 baxış
IMG

Rusiyada sentyabrın 1-də dərs ili əyani formatda başlanacaq.

Tehsil.biz xəbər verir ki, bu barədə Rusiyanın maarif naziri Sergey Kravtsov jurnalistlərə məlumat verib. Nazir şagird və tələbələrin müəllimləri ilə dərs ilinin ilk günü görüşməsinin vacib olduğunu vurğulayıb. S.Kravtsov əlavə edib ki, hər region epidemioloji vəziyyətə əsasən qərar vermək ixtiyarındadır.

Maarif naziri müəllim, şagird və tələbələrin məcburi peyvənd edilməsinin də əleyhinə çıxıb.

Azərtac

Xəbər lenti