Logo

“WorldSkills Asia” tərəfindən təşkil edilən beynəlxalq yarışda azərbaycanlı tələbə yüksək nəticə göstərib

17.08.2021 14:19 1109 baxış
IMG

Azərbaycanı “WorldSkills Asia” tərəfindən təşkil edilmiş beynəlxalq yarışda təmsil edən Hüseyn Qəmbərov “Məlumat sızmasının qarşısının alınması” kateqoriyası üzrə ən yüksək nəticə göstərib, ümumi sıralamada isə 4-cü yeri tutub.

Tehsil.biz xəbər verir ki, bununla bağlı təhsil naziri Emin Əmrullayev şəxsi feysbuk hesabında paylaşım edib.

Nazir bildirib ki, Təhsil İnstitutu tərəfindən həyata keçirilən “Kibertəhlükəsizliyə giriş” təlim layihəsinin birinci qrup məzunu olan Hüseyn Qəmbərov ötən ay milli seçim turunda yüksək nəticə göstərərək, beynəlxalq yarışda iştirak etmək hüququ əldə edib: “Azərbaycan 2020-ci ildə peşə bacarıqlarını beynəlxalq səviyyədə təbliğ edən “WorldSkills” hərəkatına qoşulub və bu beynəlxalq yarışda ilk dəfə iştirak edir. Qalib olmuş tələbəmizi təbrik edir və yeni-yeni nailiyyətlər arzu edirəm”.

Xəbər lenti