Logo

ADPU-da təkrar ali təhsil və yenidənhazırlanma təhsili almaq üçün sənəd qəbulu davam edir

18.08.2021 20:54 1200 baxış
IMG

Azərbaycan Dövlət Pedaqoji Universitetdə (ADPU) 2021/2022-ci tədris ilində ödənişli əsaslarla təkrar ali təhsil və yenidənhazırlanma təhsili almaq üçün sənəd qəbulu davam edir.

ADPU-dan bildirilib ki, sənəd qəbulu təkrar ali təhsil üzrə ibtidai sinif müəllimliyi (əyani - rus bölməsi), məktəbəqədər təhsil (əyani - rus bölməsi), yenidənhazırlanma təhsili üzrə musiqi müəllimliyi (əyani - Azərbaycan bölməsi), təsviri incəsənət müəllimliyi (əyani - Azərbaycan bölməsi) ixtisaslar üzrə aparılır.

Sənədlərin qəbulu avqustun 26-dək davam edəcək.

Xəbər lenti