2021/2022-ci tədris ilində təkrar ali təhsil və kadrların yenidənhazırlanması təhsilinə Azərbaycan Dillər Universitetində (ADU) mövcud olan bütün ixtisaslar üzrə müsabiqə yolu ilə tələbə qəbulu aparılır.
ADU-dan bildirilib ki, sənədlər avqustun 25-dək (istirahət günlərindən başqa) saat 10:00-15:00-a qədər qəbul ediləcək.
Tələb olunan sənədlər:
- rektorun adına ərizə;
- diplom (yaxud diploməvəzi arayış) və əlavəsinin (yaxud transkriptin) surəti;
- şəxsiyyət vəsiqəsinin surəti;
- 3x4 sm ölçüdə 3 ədəd fotoşəkil;
- sağlamlıq haqqında arayış.
Sənədləri təqdim etmək üçün (012) 564 22 48 nömrəsinə zəng edərək vaxt təyin edilməsi və gələrkən tibbi maskadan istifadə olunması vacibdir.
Ünvan: ADU-nun 3 saylı tədris binası
Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 81, III mərtəbə, otaq 308
Telefon: (012) 564 22 48; (055) 302 88 57
Email: [email protected]
Sayt: www.adu.edu.az