Logo

Fiziki məhdudiyyəti olsa da, sənət əsərləri yaradır - VİDEO

19.08.2021 14:11 818 baxış
IMG

Sağlam olsaq da, bəzən nədənsə gileylənirik, bacara biləcəyimiz işə biganə yanaşırıq. Ancaq haqqında danışacağımız sənətkar fiziki məhdudiyyətli olmasına baxmayaraq, dünyaya tam başqa bir gözlə baxır.

Baku TV xəbər verir ki, Rəhman Yunusovu Şəkidə bədii tikmə sənətinin xovlu tikmə növü ilə məşğul olan yeganə sənətkar kimi tanıyırlar.

Anadangəlmə fiziki məhdudiyyətli doğulan Rəhman erkən yaşlarında hər iki valideynini itirib. Daim üzərində çalışan Rəhman Şəkidə xovlu tikmənin mahir ustalarından biri kimi tanınmağa başlayıb. Doğuşdan nitq problemi olan, insanlarla ünsiyyətdən qaçan R.Yunusovun çox sehrli sənət dünyası var. Sənətkar öz əsərlərində sanki ürək sözlərini, duyğularını, deyə bilmədiklərini əks etdirməyə çalışır.

40 yaşlı Rəhman Yunusovun əl işləri dəfələrlə respublika və beynəlxalq səviyyəli sərgilərdə nümayiş olunub, hazırladıqları isə diplomlara layiq görülüb. Serebral iflic xəstəliyindən əziyyət çəkən sənətkar haqqında yoldaşları ağızdolusu danışırlar.

Onun hazırladığı əl işləri ölçüsündən asılı olaraq 4-8 ay müddətinə başa gəlir. Yaratdığı xovlu tikmə ilə hazırlanan işlərə kənardan baxanda sanki rəsm əsərinə bənzəyir.

https://youtu.be/NKkrtxrXGX0

Xəbər lenti