Logo

BANM-ın tədrisi ingilis dilində olan ixtisaslarının müsabiqəsinə iştirak etmək istəyənlərin nəzərinə

19.08.2021 15:47 705 baxış
IMG

BANM-ın ixtisaslarının müsabiqəsində iştirak etmək üçün ingilis dili fənni üzrə nisbi bal məhdudiyyəti tətbiq olunmur.

Məlum olduğu kimi, dövlət ali təhsil müəssisələrinin tədrisi ingilis dilində olan ixtisaslarının müsabiqəsinə qəbul imtahanının birinci mərhələsində (cari ilin məzunları üçün buraxılış imtahanında) ingilis dili fənni üzrə nisbi balı 40-dan az olmayan abituriyentlər buraxılırlar. 

Bakı Ali Neft Məktəbinin bütün ixtisaslarına qəbul olan tələbələrə birinci kursda hazırlıq proqramı əsasında “İngilis dili 1 və 2” və “İnformasiya-kommunikasiya texnologiyalarının mühəndislikdə tətbiqi 1 və 2” fənləri tədris olunur. 

Bakı Ali Neft Məktəbinin təklifini nəzərə alaraq, BANM-ın ixtisaslarının müsabiqəsində iştirak etmək üçün qeyd olunan məhdudiyyət ləğv olunmuşdur. Belə ki, BANM-ın I qrup ixtisasları ilə yanaşı, II qrup ixtisaslarına qəbul olmaq istəyən abituriyentlərin də xarici dil fənni üzrə nəticələrinə məhdudiyyət tətbiq edilməyəcəkdir.

Xəbər lenti