Logo

Qabiliyyət imtahanlarında iştirak edən abituriyentlərin nəzərinə

19.08.2021 17:27 703 baxış
IMG

Aşağıdakı komissiyalar üzrə qabiliyyət imtahanı verməli olan abituriyentlər buraxılış vərəqələrini çap edə bilərlər.

Digər komissiyalar üzrə buraxılış vərəqələrinin verilməsi haqqında məlumat veriləcək.

Buraxılış vərəqəsini çap etmək üçün link: https://eservices.dim.gov.az/qabiliyyet

Ali təhsil müəssisələrinə qəbul üçün

İxtisaslar

Komissiya kodu

Təsviri incəsənət müəllimliyi (Gəncə)

81

 

Orta ixtisas təhsili müəssisələrinə qəbul üçün

11 illik təhsil bazasında

İxtisaslar

Komissiya kodu

Fiziki tərbiyə müəllimliyi

64

Fiziki tərbiyə müəllimliyi (Gəncə)

66

Dizayn (Gəncə)

91

9 illik təhsil bazasında

İxtisaslar

Komissiya kodu

Bədii yaradıcılıq

141

Xoreoqrafiya

142

Fiziki tərbiyə müəllimliyi

152

Fiziki tərbiyə müəllimliyi (Gəncə)

452

Təsviri sənət

211

Heykəltaraşlıq

212

Təsviri sənət (Naxçıvan)

311

Təsviri sənət (Gəncə)

411

Təsviri sənət (Şəki)

511

İnstrumental ifaçılıq

221

Xalq çalğı alətləri ifaçılığı

222

Xanəndəlik

223

Aşıq sənəti

227

İnstrumental ifaçılıq (Naxçıvan)

321

Xalq çalğı alətləri ifaçılığı (Naxçıvan)

322

Xanəndəlik (Naxçıvan)

323

Klassik vokal (Naxçıvan)

324

Aşıq sənəti (Naxçıvan)

327

İnstrumental ifaçılıq (Gəncə)

421

Xalq çalğı alətləri ifaçılığı (Gəncə)

422

Xanəndəlik (Gəncə)

423

Klassik vokal (Gəncə)

424

İnstrumental ifaçılıq (Şəki)

521

Xalq çalğı alətləri ifaçılığı (Şəki)

522

İnstrumental ifaçılıq (Bərdə)

621

Xalq çalğı alətləri ifaçılığı (Bərdə)

622

Xanəndəlik (Bərdə)

623

Aşıq sənəti (Bərdə)

627

İnstrumental ifaçılıq (Lənkəran)

721

Xalq çalğı alətləri ifaçılığı (Lənkəran)

722

Abituriyentlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər: 

-      imtahana buraxılış vərəqəsini; 

-      Sağlamlıq haqqında bəyannamə (buraxılış vərəqi ilə birlikdə çap edirsiniz və imzalayırsınız); 

-      şəxsiyyəti təsdiq edən sənədin əslini: 

a)   Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini; 

b)   əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini; 

-  Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

İmtahana buraxılış vərəqəsi abituriyentin özündə saxlanıldığı, sağlamlıq haqqında bəyannamə isə imtahan nəzarətçisinə təhvil verildiyi üçün hər iki sənəd ayrıca vərəqdə çap olunmalıdır.

Musiqi və Teatr, kino və xoreoqrafiya sənəti istiqamətlərinin ixtisasları üzrə qeydiyyatdan keçmiş abituriyentlər üçün “İmtahan proqramı” forması yerləşdirilir. Abituriyent ixtisasına uyğun olan formanı çap etməli, ifa edəcəyi proqramı həmin formaya yazmalı və qabiliyyət imtahanına gələrkən komissiyaya təqdim etməlidir.

İştirakçılar imtahana tibbi maska ilə gəlməli və onlardan düzgün (burun, ağız və çənə nahiyəsini tam örtməklə) istifadə etməlidirlər. Maskanı çıxarmaq qadağandır və bütün proses (buraxılış rejimi, imtahan müddəti, imtahan binasının tərk edilməsi) boyu istifadə olunmalıdır.

-Xoreoqrafiya sənəti ixtisası üzrə qabiliyyət imtahanına gələrkən hər bir abituriyent komissiyaya çəkisi, boyu, onurğa sütunu, ürəyi, görmə qabiliyyəti haqqında tibbi arayış təqdim etməli və imtahana rəqs paltarı ilə gəlməlidir.

Xəbər lenti