Logo

ADAU ilə İsrailin Hebrew Tədqiqat Universiteti arasında görüş keçirilib

19.08.2021 18:06 488 baxış
IMG

Azərbaycan Dövlət Aqrar Universiteti(ADAU) ilə İsrailin Hebrew Tədqiqat Universiteti arasında onlayn görüş keçirilib.

Görüşdə Aqrar Universitetin dövlət dəstəyi ilə formalaşdırılmış zəngin maddi-texniki bazası, tədqiqat imkanları, 3 dildə tədris, təcrübə mübadiləsinin genişləndirilməsi məsələləri müzakirə edilib. Hebrew Universitetinin Kənd Təsərrüfatı fakültəsinin professor-müəllim heyəti İsraildə yeganə aqrar təhsil verən ali təhsil müəssisəsi olaraq İsraildə kənd təsərrüfatının və fakültənin inkişafı haqqında məlumat veriblər.

Qarşı tərəf ADAU ilə əməkdaşlığa, xüsusən də, tədqiqat və tələbə-müəllim mübadiləsinin keçirilməsini müsbət qarşılayıblar. Bundan əlavə, İsrailin Azərbaycandakı fövqaladə və səlahiyyətli səfiri George Deek və köməkçisi Doron Peer görüşə qatılaraq, iki dövlət və iki universitet arasında qurulacaq əlaqələrin inkişafına hər tərəfli dəstək olacaqlarını vurğulayıblar.

Qeyd edək ki, əsası 1918-ci ildə qoyulan və məzunları sırasında İsrailin 4 prezidenti və baş naziri olmuş Hebrew Tədqiqat Universitetində 23000-dən çox tələbə təhsil alır.

Xəbər lenti