Logo

BDU-da Ekologiya və torpaqşünaslıq fakültəsində birinci kurs tələbələri ilə onlayn görüş keçirilib

08.11.2020 12:28 390 baxış
IMG

Ekologiya və torpaqşünaslıq fakültəsində birinci kurs tələbələri ilə onlayn görüş keçirilib

 

2020-ci il 4 noyabr tarixində Bakı Dövlət Universitetində (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsinə qəbul olunmuş birinci kurs tələbələri ilə onlayn görüş kecirilib. Görüşdə Ekologiya və torpaqşünaslıq fakültəsinin professor-müəllim heyəti və tələbələr iştirak ediblər.

 

Virtual görüşdə fakültənin dekanı Nazim Şəmilov Universitetə qəbul olmaq münasibətilə tələbələri təbrik edərək, Universitetin tarixi, bu günü, görkəmli məzunları ilə bağlı məlumat verib. Tələbələrə BDU-dakı möcud təhsil və tədris sistemi, onların biliyinin qiymətləndirilməsi, imtahanların təşkili haqqında məlumat verilib, universitetdə yaxşı təhsil almaq üçün hər bir şərait yaradıldığını bildirilib.

 

Microsoft Teams Platforması vasitəsi ilə baş tutan görüş tələbələrin çoxsaylı suallarının cavablandırılması ilə yekunlaşıb.

Xəbər lenti