Bakı Ali Neft Məktəbinin (BANM) tələbələri Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) idarə və zavodlarında, eləcə də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Məlumat Hesablama Mərkəzində yay istehsalat təcrübəsindədirlər.
Ali Məktəbin II kurs Kimya mühəndisliyi ixtisası üzrə təhsil alan tələbələri Heydər Əliyev adına Neft Emalı Zavodunun (NEZ) tərkibinə daxil olan “Azərneftyağ” NEZ-də, IV kurs Kimya mühəndisliyi ixtisasında təhsil alan tələbələri Karbamid Zavodunda, həmçinin “SOCAR Polymer”də, Neft-qaz mühəndisliyi ixtisasında təhsil alan tələbələri Ə.C. Əmirov adına Neft Qaz Çıxarma İdarəsində, İnformasiya təhlükəsizliyi ixtisası üzrə təhsil alan tələbələri SOCAR-ın İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin nəzdində yerləşən “Caspian İnnovation Center”də yay istehsalat təcrübəsi keçirlər.
Yay istehsalat təcrübəsində iştirak edən tələbələr tədris ili ərzində öyrəndiklərini təcrübədən əldə etdikləri biliklərlə zənginləşdirirlər. Onlar təcrübədə olduqları müəssisələrin iş prosesi ilə yaxından iştirak edir, qurğu və avandanlıqlarla işləmə mexanizmlərini, istehsalat prosesini öyrənir, kibertəhlükəsizlik, məlumat təhlükəsizliyi, SƏTƏM üzrə təlimlərə qatılırlar.