(BDU-nun ixtisasları)
Əziz abituriyentlər!
Ali təhsil müəssisələrinə qəbul olunmaq üçün ixtisas seçimi avqustun 20-dən 30-dək internet vasitəsilə aparılacaq. Bu müddət ərzində müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlərin qarşısında öz ixtisas seçiminə bir daha nəzər salmaq, seçimini dəqiqləşdirmək və təsdiqləmək vəzifəsi durur. İxtisas seçimi Dövlət İmtahan Mərkəzinin rəsmi saytı vasitəsilə elektron qaydada aparılır və texniki cəhətdən bu prosesi həyata keçirmək çox sadədir. Proqram təminatı elə qurulub ki, abituriyentin səhv etmək ehtimalı yoxdur və ərizəni yadda saxla düyməsini basdıqda səhv və onun mahiyyəti barədə xəbərdarlıq edilir.
DİM tərəfindən abituriyentlərə kömək etmək məqsədilə II və III ixtisas qrupları üzrə “İxtisas seçimi zamanı nələrə diqqət yetirməli?” adlı vəsaitlər də nəşr edilib. Yaxın günlərdə I və IV ixtisas qrupları üzrə də müvafiq kitabçalar nəşr olunacaq. Bu kitabçalarda müsabiqə şərtləri, ixtisas qrupları üzrə plan yerləri, müsabiqədə iştirak edən abituriyentlərin imtahan nəticələrinin bal intervalları üzrə paylanması və s. məlumatlar öz əksini tapıb.
“Abituriyent Məsləhət Mərkəzləri” qeyd olunan ünvanlarda həftənin 5 günü (şənbə, bazar günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək fəaliyyət göstərir.
Əziz abituriyentlər!
Sizi gələcək həyatınızda mühüm rol oynayacaq bugünkü ixtisas seçimizdə Bakı Dövlət Universitetini seçməyə, təhsilinizi Ulu Öndər Heydər Əliyevin “Azərbaycan xalqının, Azərbaycan Respublikasının milli sərvəti, milli iftixarı” adlandırdığı, ölkəmizin ən qocaman və ən böyük ali təhsil müəssisəsində, öz klassik ənənələri və nailiyyətləri olan, müasir islahatlarla yeniləşən, zəngin tarixə malik Universitetdə davam etdirməyə çağıırırq.
Bu gün BDU 16 fakültəsi, 120 kafedrası, 2 elmi-tədqiqat institutu, 3 elmi-tədqiqat mərkəzi, ən müasir avadanlıqlarla təchiz olunmuş elmi-tədqiqat laboratoriyaları, Qazax filialı, İqtisadiyyat və Humanitar Kolleci, “Gənc istedadlar” liseyi və s. ilə ölkəmizdə elm və təhsilin inkişafında mühüm rol oynayır.
Hazırda BDU yüksəkixtisaslı kadrların hazırlanması istiqamətində uğurlu islahatlar aparır. ABŞ-ın məşhur “BLACKBOARD” tədrisin idarə edilməsi sisteminin tətbiqi ilə tədris prosesinin təşkili və idarəolunmasını təkmilləşdirir. Təhsilin keyfiyyətinin yüksəldilməsi, elmin sənayeyə tətbiqi, tələbələrin öz nəzəri biliklərini təcrübədə tətbiq etmə imkanının yaradılması üçün mühüm addımlar atılır. Dünyanın nüfuzlu 7 universiteti ilə ikili diplom proqramları həyata keçirir.
Əziz abituriyentlər, sizi elmin sirlərinə BDU-da yiyələnməyə, BDU Ailəsinin üzvü olmağa dəvət edirik!
BDU-da 2021/2022-ci tədris ili üçün bakalavriat səviyyəsi üzrə
qəbul aparılan ixtisaslar
Geologiya fakültəsi |
• Geologiya |
• Geologiya və Geofizika mühəndisliyi |
Coğrafiya fakültəsi |
• Coğrafiya |
• Coğrafiya müəllimliyi |
• Hidrometeorologiya |
• Geomatika və geodeziya mühəndisliyi |
• Turizm işinin təşkili |
• Davamlı inkişafın idarə olunması |
Tətbiqi riyaziyyat və kibernetika fakültəsi |
• Kompüter elmləri |
• İnformatika müəllimliyi |
• İnformasiya təhlükəsizliyi |
Biologiya fakültəsi |
• Biologiya |
• Biologiya müəllimliyi |
• Su bioehtiyatları və akvabitkilər |
• Biotexnologiya |
• Bitki mühafizəsi |
Mexanika-riyaziyyat fakültəsi |
• Riyaziyyat |
• Riyaziyyat müəllimliyi |
• Mexanika |
Hüquq fakültəsi |
• Hüquqşünaslıq |
Jurnalistika fakültəsi |
• Jurnalistika |
Filologiya fakültəsi |
• Filologiya (Azərbaycan dili və ədəbiyyatı) |
• Azərbaycan dili və ədəbiyyatı müəllimliyi |
• Filologiya (alman dili və ədəbiyyatı) |
• Filologiya (fransız dili və ədəbiyyatı) |
• Filologiya (rus dili və ədəbiyyatı) |
• Dil və ədəbiyyat müəllimliyi (rus dili və ədəbiyyatı müəllimliyi) |
• Filologiya (ingilis dili və ədəbiyyatı) |
Fizika fakültəsi |
• Fizika |
• Fizika müəllimliyi |
Sosial elmlər və psixologiya fakültəsi |
• Psixologiya |
• Sosiologiya |
• Sosial iş |
• Fəlsəfə |
• Təhsildə sosial-psixoloji xidmət |
• Korreksiyaedici təlim |
Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsi |
• Beynəlxalq münasibətlər |
• Politologiya |
• İqtisadiyyat |
• Menecment |
• Beynəlxalq ticarət və logistika |
•Biznesin idarə edilməsi |
• Maliyyə |
Tarix fakültəsi |
• Tarix |
• Tarix müəllimi |
• Regionşünaslıq (Qafqaz üzrə) |
• Regionşünaslıq (Amerika üzrə) |
Kitabxanaçılıq-informasiya fakültəsi |
• Kitabşünaslıq |
|
Ekologiya və torpaqşünaslıq fakültəsi |
• Ekologiya |
• Torpaqşünaslıq və aqrokimya |
• Yer quruluşu və daşınmaz əmlakın kadastrı |
Şərqşünaslıq fakültəsi |
•Regionşünaslıq (ərəb ölkələri üzrə) |
•Regionşünaslıq (İran üzrə) |
•Regionşünaslıq (Türkiyə üzrə) |
•Regionşünaslıq (Pakistan üzrə) |
•Regionşünaslıq (İsrail üzrə) |
•Regionşünaslıq (Koreya üzrə) |
•Regionşünaslıq (Çin üzrə) |
•Regionşünaslıq (Yaponiya üzrə) |
•Filologiya (türk dili və ədəbiyyatı) |
•Filologiya (fars dili və ədəbiyyyatı) |
•Filologiya (ərəb dili və ədəbiyyatı) |
•Tərcümə (fars dili) |
•Tərcümə (ərəb dili) |
Kimya fakültəsi |
•Kimya |
•Kimya mühəndisliyi |
•Kimya müəllimliyi |