Logo

BANM – in müəlliminin məqaləsi nüfuzlu xarici elmi jurnalda çap olundu

20.08.2021 21:26 420 baxış
IMG

Bakı Ali Neft Məktəbinin (BANM) Neft-qaz mühəndisliyi kafedrasının Dosenti Samin Məlikin dünyanın ən nüfuzlu elmi jurnallarından biri olan " Hesablama və Tətbiqi Riyaziyyat jurnalı" ("Journal of Computational and Applied Mathematics") jurnalında elmi məqaləsi dərc olunub. 

Məqalə " Variasiya hesabının qeyri-hamar problemlərində ekstremum üçün zəruri şərtlər" adını daşıyır. Yeni metod tətbiq edilməklə müasir mühəndislik və iqtisadi optimallaşdırma problemlərinin həllində tətbiq olunan “Veyeştrass şərtinin, lokal modifikasiyasını, həmçinin Lejandr və transversallıq şərtlərini ehtiva edən zəruri minimum şərtlər” barədə danışılıb. Qeyd edilib ki, variyasiya hesabında optimallaşdırma məsələləri müasir riyaziyyatın ən prioritet tədqiqat sahələrindən olub, yeni çox funksiyalı texnoloji maşınların əlverişli iş prinsiplərinin təyinatı və həmçinin riyazi modelləri vasitəsi ilə gecikmiş və ya məhdudiyyətlər yaranmış bank ödənişlərinin optimal idarə olunması üçün mühüm əhəmiyyət daşıyır.

“Tomson” reytinqli " Hesablama və Tətbiqi Riyaziyyat jurnalı" jurnalı Niderlandın'ın çox nüfuzlu “Elsevier” elmi jurnallar bazasında olmaqla yanaşı "Tətbiqi riyaziyyat" sahəsi üzrə dünyada nüfuzlu elmi jurnallar siyahısındadır. 

Redaksiya heyəti ABŞ, Böyük Britaniya və Niderland universitetlərinin professorlarından ibarət olan jurnal dünyaca məşhur SCOPUS, SciSearch, INSPEC və ZentralblattMath kimi elmi araşdırmalar bazalarına da daxildir.

BANM-ın müəllimi Samin Məlik Böyük Britaniyanın Mançester Universitetində “Riyaziyyat və riyazi məntiq” ixtisası üzrə magistraturanı bitirib və hazırda Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunda professor Misir Mərdanovun elmi rəhbərliyi altında "Optimal idarəetmə" ixtisası üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır.

Xəbər lenti