Logo

“Memarlıq və inşaatda enerjiqoruyucu innovasiyalar ESIAC-2021” mövzusunda beynəlxalq konfransa məqalə qəbul olunur

21.08.2021 10:44 754 baxış
IMG

Azərbaycan Memarlıq və İnşaat Universitetində “Memarlıq və inşaatda enerjiqoruyucu innovasiyalar ESIAC-2021” mövzusunda oktyabrın 20-21-də keçiriləcək beynəlxalq elmi-praktik konfransa məqalə qəbul olunur.

Universitetdən bildirilib ki, konfrans memarlıq və inşaatda enerji səmərəliliyi, enerjiqoruyucu innovasiyaların idarəetmə sistemləri, “ağıllı” texnologiyalar, eləcə də ekoloji monitorinqin informasiya sistemləri ilə əlaqəli olan geniş mühəndislik sahələrini əhatə edir.

Konfransda yerli universitet və təşkilatlarla bərabər, bir sıra xarici ölkələrdən (Türkiyə, ABŞ, Norveç, Danimarka, İspaniya və s.) ali təhsil müəssisələri və qurumların nümayəndələrinin də iştirakı gözlənilir. Konfransa təqdim olunmuş materiallardan seçilmiş məqalələr (4–8 səhifə) müvafiq araşdırmalardan sonra yerli və beynəlxalq jurnallarda dərc olunacaq.

Müvafiq qaydalara uyğun olaraq elmi komitə tərəfindən seçilmiş məqalələrin “Web of Science” və “Scopus” kimi beynəlxalq elmi bazalarda indeksləşməsi gözlənilir.

Məqalələr oktyabrın 5-dək [email protected] elektron ünvanına göndərilə bilər.

Xəbər lenti