Logo

Kəlbəcər və Laçın rayonlarında quruluculuq işləri davam edir

21.08.2021 17:45 691 baxış
IMG

Avqustun 16-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və birinci xanımı Mehriban Əliyeva Kəlbəcər və Laçın rayonlarında olublar. Prezident İlham Əliyev və birinci xanımı Mehriban Əliyeva “Ömər aşırımı”ndan Kəlbəcərin füsünkar mənzərəsini seyr ediblər. 
Prezident İlham Əliyev Qarabağa yaxın rayonlara səfəri zamanı  da azad olunmuş ərazilərə Azərbaycanın digər ərazisini bağlayacaq infrastruktur-nəqliyyat lahiyələrinin icrasına nəzarət edir, müvafiq göstərişlər verirdi.
Dövlətimizin başçısı işğaldan azad edilmiş ərazilərin ən qısa vaxtda Azərbaycanın ümumi enerji sisteminə qoşulması, bu ərazilərin dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təchiz edilməsi məsələsinə xüsusi diqqətlə yanaşır. Bunun nəticəsidir ki, bu istiqamətdə işğaldan azad edilmiş bütün yaşayış məntəqələrində, o cümlədən Kəlbəcər rayonunda genişmiqyaslı işlər həyata keçirilir.
Prezident İlham Əliyev –“Bu da gözəl Kəlbəcər dağları. Hər tərəf dağ,çay, meşə, cənnətməkan cənnətə çevriləcəkdir. Azərbaycanlıların dağıdılmış  evləri və torpaqlarımız 30 il ərzində ermənilər tərəfindən istismar edilib, təbii sərvətlərimiz talan edilib. Evləri dağıdıb sökürdülər, sonra da deyirdilər ki, bura erməni torpaqlarıdır. Bura heç vaxt erməni torpaqları olmayıb və bundan sonra  da heç vaxt olmayacaq.Bu torpaqlar Azərbaycan torpaqlarıdır!Biz Azərbaycanlılar- bu torpağın sahibləri qayıtmışıq”. 
Sonra prezident İlham Əliyev Kəlbəcər kiçik su elektrik stansiyasında görülən işlərlə tanış oldu.
Prezident İlham Əliyev Kəlbəcər-Laçın avtomobil yolu üzərində tikiləcək 3-4 km uzunluğundakı tunelin təməlini qoydu.
Azərbaycanın gözəl mənzərəli Kəlbəcər və Laçın rayonları təbiət nöqteyi nəzərdən ən gözəl rayonlardır. Ermənilər təbiətimizə nə qədər ziyan vursalar da ,onu tam məhv edə bilmədilər. 
Prezident İlham Əliyev vəbirinci xanımı Mehriban Əliyeva beynəlxalq hava limanının əsasını qoydular. 
Prezident İlham Əliyev çıxış edərək qeyd etdi: “Hərbi əməliyyat nəticəsində torpaqlarımız işğaldan azad edildi.İkinci Qarabağ müharibəsi bizim şanlı zəfərimiz kimi tarixdə əbədi qalacaq”. 
Qələbə nəticəsində Kəlbəcər rayonu da Laçın, Ağdam rayonları ilə bərabər işğaldan azad edildi. İkinci Qarabağ müharibəsinin ilk günlərində döyüşlər gedən zaman Kəlbəcərin şimal hissəsi Azərbaycan silahlı qüvvələri tərəfindən işğaldan azad edilmişdi. Murov dağının ərazisinə və ətraf yerlərdə şiddətli döyüşlər gedirdi, şəhidlər vermişdik.Ancaq strateji yüksəklikləri götürdük. Bu yüksəkliklər bizə imkan verdi ki, ermənilərin istifadə etdikləri nəqliyyat-kommunikasiya infrastrukturuna da nəzarət edək. Beləliklə, biz Kənbəcərin şimal hissəsində strateji yüksəklikləri götürərək erməni silahlı qüvvələrinin hərəkətlərini bu istiqamətdə böyük dərəcədə məhdudlaşdıra bildik və faktiki olaraq onlar Basarkeçər-Kəlbəcər yolundan istifadə edə bilmədilər. Bu hərbi əməliyyat  əks hücum əməliyyatının tərkib hissəsi idi. Biz bir neçə istiqamətdə əks hücum əməliyyatı aparırdıq və yüksək nəticələr əldə edərək torpaqlarımızı ermənilərdən azad etdik. Prezident İlham Əliyev Kəlbəcərdə olarkən bildirdi ki, hazırda Qərbi Zəngəzur ermənistanın nəzarəti altındadır. Ancaq Zəngəzur dəhlizinin çəkilişi nəticəsində öz vətəndaşlarımızı dədə-baba torpaqlarımıza qaytaracağıq.
Bəli, bu torpaqlar bizimdir və əbədi olaraq bizim olacaq!
QARABAĞ AZƏRBAYCANDIR!

Sevda  Məmmədova
İmişli Rayon Təhsil Şöbəsinin metodisti

Xəbər lenti