Logo

Mütəxəssislərdən valideynlərə çağırış - VİDEO

21.08.2021 23:24 906 baxış
IMG

Sentyabrın əvvəlində epidemioloji vəziyyət stabil olarsa, əyani tədrisin başlanması istisna olunmur. Nəzərə alsaq ki, sentyabrın 15-nə bir aydan da az bir vaxt qalıb. Deməli bu müddətdə həm müəllim kontingenti, həm valideynlər vaksinasiya prosesinə xüsusi fəallıq göstərsələr, bu günü reallığa çevirə bilərik.

Belə olacaq tədqirdə ölkədə ənənəvi təhsilin bərpa olunması valideynlərin peyvəndlənməsi məsələsini də gündəmə gətirir. Valideynlər üçün vaksin tələbi qoyulmasa da, təhsil işçiləri üçün belə tələb qoyulub. Bir məsələni də unutmayaq ki, məktəb təkcə müəllim və şagirddən ibarət deyil. Valideyn də bu sistemin əhəmiyyətli parçalarından biridir. Çünki onların övladlarının sağlamlığını, təhsilini düşünərək peyvənd olunmuş müəllim qədər valideyn də məsuliyyət daşıyır.

Unutmayaq ki, koronavirus alacağımız tədbirlərdən daha güclü deyil. Ən böyük tədbir isə, peyvənd olunmaqdır. Çünki hər kəs öz cəbhəsindən bu işə dəstək olarsa, vaksinasiya prosesinə fəal qoşularsa normal həyata qayıtmağımız yolunda yaşıl işıq yanacaq. Bu, həm ümumi işimizə, həm də sağlamlığımıza xidmət etmiş olacaq.

https://youtu.be/OKS46X8didk

Xəbər lenti