Logo

AzTU-da təkrar ali təhsil almaq üçün sənəd qəbulu davam edir

23.08.2021 10:46 683 baxış
IMG

Azərbaycan Texniki Universitetində (AzTU) 2021/2022-ci tədris ilində aşağıdakı ixtisaslar üzrə ödənişli əsaslarla əyani və qiyabi formada təkrar ali təhsil almaq üçün sənəd qəbulu davam edir:

050401 - Beynəlxalq ticarət və logistika

050405 - İqtisadiyyat

050407 - Marketinq

050408 - Menecment

050604 - Cihaz mühəndisliyi

050606 - Ekologiya mühəndisliyi

050607 - Elektrik və elektronika mühəndisliyi

050608 - Energetika mühəndisliyi

050614 - Həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi

050615 - İnformasiya təhlükəsizliyi

050616 - İnformasiya texnologiyaları

050618 - Kimya mühəndisliyi

050620 - Kompüter mühəndisliyi

050621 - Logistika və nəqliyyat texnologiyaları mühəndisliyi

050612 - Maşın mühəndisliyi

050623 - Materiallar mühəndisliyi

050624 - Mədən mühəndisliyi

050627 - Metallurgiya mühəndisliyi

050628 - Mexanika mühəndisliyi

050629 - Mexatronika və robototexnika mühəndisliyi

050630 - Mühəndis fizikası

050632 - Nəqliyyat mühəndisliyi

050634 - Proseslərin avtomatlaşdırılması mühəndisliyi

050636 - Radiotexnika və telekommunikasiya mühəndisliyi

050638 - Sənaye mühəndisliyi

050806 - Nəqliyyatda servis (avtomobil nəqliyyatı üzrə)

İxtisaslar üzrə illik təhsil haqlarının məbləği ilə bağlı məlumat: https://drive.google.com/file/d/1kyH5KdoU7VAjp0VnJmSqjOIdHfEEYl1g/view

Təhsil haqqı ixtisaslara uyğun olaraq müqavilə əsasında ödənilir.

QEYD:  Təkrar ali təhsil almaq üçün sənədlərin qəbulu 2021-ci ilin avqust ayının 31-dək onlayn formada həyata keçiriləcək.

Təkrar ali təhsil almaq istəyən şəxslər aşağıdakı sənədləri http://dln.aztu.edu.az:8080/ linkinə daxil olaraq qeydiyyatdan keçib universitetə təqdim edə bilərlər.

• Universitet rektorunun adına ərizə;

• Ali təhsil haqqında diplomun və əlavəsinin surəti;

• Şəxsiyyət vəsiqəsi• 3x4 sm. ölçüdə 3 ədəd fotoşəkil.

VACİB QEYD: 1993-cü ildən sonra xarici ali təhsil müəssisələrində təhsil almış iddiaçılar aldıqları diplomların Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyi barədə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən verilmiş şəhadətnamənin surətini təqdim etməlidirlər.

Ünvan: Bakı şəhəri, H. Cavid prospekti 25, Azərbaycan Texniki Universiteti

Telefon: (+99412) 538-43-93; (050) 261 39 90; (050) 261 39 85; (050) 261 38 16

E-mail: [email protected]

Sayt: www.aztu.edu.az

Xəbər lenti