Logo

ADU-da əlavə təhsil almaq istəyənlər sənədlərini avqustun 25-dək təqdim edə bilərlər

23.08.2021 12:03 476 baxış
IMG

2021/2022-ci tədris ilində təkrar ali təhsil və kadrların yenidənhazırlanması təhsilinə Azərbaycan Dillər Universitetində (ADU) mövcud olan bütün ixtisaslar üzrə müsabiqə yolu ilə tələbə qəbulu elan edilib.

ADU-dan bildirilib ki, sənədlər avqustun 25-dək (istirahət günlərindən başqa) saat 10:00-15:00-a qədər qəbul ediləcək.

Tələb olunan sənədlər:

- rektorun adına ərizə;

- diplom (yaxud diploməvəzi arayış) və əlavəsinin (yaxud transkriptin) surəti;

- şəxsiyyət vəsiqəsinin surəti;

- 3x4 sm ölçüdə 3 ədəd fotoşəkil;

- sağlamlıq haqqında arayış.

Sənədləri təqdim etmək üçün (012) 564 22 48 nömrəsinə zəng edərək vaxt təyin edilməsi və gələrkən tibbi maskadan istifadə olunması vacibdir.

Ünvan: ADU-nun 3 saylı tədris binası

Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 81, III mərtəbə, otaq 308

Telefon: (012) 564 22 48; (055) 302 88 57

Email: [email protected]

Sayt: www.adu.edu.az

Xəbər lenti