Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinin (UFAZ) 23 məzunu master təhsillərini dünyanın aparıcı ali təhsil müəssisələrində davam etdirəcək.
Bu barədə UFAZ-dan məlumat verilib. Bildirilib ki, həmin məzunlar Almaniya, ABŞ, Fransa, İtaliya, Böyük Britaniya, Türkiyə, İrlandiya, İsveçrə, Niderland, Belçika, Rusiya Federasiyası, Polşa, Finlandiya, Macarıstan və digər ölkələrin universitetlərinə qəbul olunublar.