Logo

2021-2022-ci dərs ili üçün tədris planı təsdiq edildi

23.08.2021 19:19 5915 baxış
IMG

Ümumi təhsil müəssisələrinin 2021-2022-ci dərs ili üçün tədris planları təsdiq edilib.

Tehsil.biz xəbər verir ki, bu barədə təhsil naziri Emin Əmrullayev əmr imzalayıb.

Yerli təhsili idarəetmə orqanlarının rəhbərlərinə tapşırılıb ki, ümumi təhsil müəssisələrinin fəaliyyətinin müvafiq tədris planları əsasında təşkilinə nəzarət etsinlər.

Əmrin icrasına nəzarət nazir müavini Firudin Qurbanova həvalə olunub.

Xəbər lenti